Bir kitap, binlerce ihtimal. Yeni kitapları takip et
PDF KİTAP İNDİRRus və Erməni Mənbələri İşığında Erməni Problemi 1915 - 1923 Müstəmləkə MüharibəsiProf. Dr. Seyit Sertçelik

Her kapağın ardında yeni bir dünya.

KİTAPLIĞINIZ İÇİN BİR KEŞİF

Rus və Erməni Mənbələri İşığında Erməni Problemi 1915 - 1923 Müstəmləkə Müharibəsi PDF Ekitap İndir

Prof. Dr. Seyit Sertçelik · Yazar

1568 gün davam edən Birinci Dünya müharibəsinə 35 dövlət qoşulmuşdu. Bu müstəmləkə müharibəsində Müttəfiq Dövlətləri tərəfindən ermənilərlə Avstraliya və Yeni Zellandiyanın da daxil olduğu 45 milyondan çox insan səfərbər edildi. İttifaq Dövlətləri isə 25 milyo...

Sayfa
572
Kategori
Tarih
Yayın tarihi
Belirtilmemiş
Yayınevi
SRT YAYINLARI
ISBN
9786056550669
Dil
Türkçe
Format
PDF / EPUB
Tarih ↗
İndirme henüz hazır değil

Kitap bilgilerini inceleyebilir, diğer kitapları keşfedebilirsiniz.

Bağlantılar eKitaplığım ana sayfasını yeni sekmede açar.

SAYFALARIN ARASINDA

Kitap hakkında

1568 gün davam edən Birinci Dünya müharibəsinə 35 dövlət qoşulmuşdu. Bu müstəmləkə müharibəsində Müttəfiq Dövlətləri tərəfindən ermənilərlə Avstraliya və Yeni Zellandiyanın da daxil olduğu 45 milyondan çox insan səfərbər edildi. İttifaq Dövlətləri isə 25 milyona yaxın insanı səfərbər edəbilmişdilər. Müharibənin sonunda Osmanlı, rus, alman və Avstriya–Macarıstan İmperatorluqları tarix səhnəsindən silindilər. Ölü və yaralı olaraq 20 milyon insan itkisi verildi. 8 milyon nəfər əsir düşdü. Müstəmləkə müharibəsinin vurduğu maddi zərərin 186 milyonla 260 milyon arasında olduğu irəli sürülmüşdür. Müstəmləkə müharibəsinin başladığı 1914-cü il avropalılara görə “xəstə adamın”, yəni Osmanı Dövlətinin tarix səhnəsindən silinməsi üçün qurulan planların və ssenarilərin artdığı və sürətləndiyi bir il olmuşdur. Şübhəsiz ki, “xəstə”nin mirasını bölüşmək dərdində olan Qərbin müstəmləkəçi güclərinin, Türkiyə üzərindəki layihə və planlarının reallaşdırılması üçün “xəstəyə” son zərbəni vuracaq yardımçı “daxili güclərə” ehtiyac vardı. Məhz bu səbəbdən, müstəmləkəçi güclərin milli maraqlara xidmət edərək “xəstəyə” son zərbəni vuracaq “bir yaxın” axtarılırdı. Bu yaxını tapmaqda gecikmədilər. Osmanlı Dövlətini içəridən xəncərləyəcək güc kimi “Osmanlı ermənilərini” gördülər. Ermənilər isə, uzun bir müddətdir xəyalını qurduqları, ən azından, muxtar bir dövlətə qovuşmaq üçün bu rolu özlərinə uyğun gördülər. Birinci Dünya müharibəsinin başlaması erməni liderləri tərəfindən qaçırılmaması gərəkən “tarixi bir fürsət və an” kimi görülmüşdü. Yüz illər boyunca, onlara qucaq açmış bir xalqa və dövlətə qarşı baş qaldıran silahlı bandaları və silahlı şəbəkələri özündə birləşdirən Daşnaksutyun Partiyası mənsubları, Osmanlı Dövlətinin parçalanması üçün əllərindən gələn qədər müharibə dövründə hər yola əl ataraq heç cür ölməyən “xəstə adam”ı cərrahi üsullarla tarixin səhifələrindən kənara atmaq üçün “son neştəri vurma” rolunu özlərinə yaraşdırdılar, bu yolda Çar Rusiyasına və Qərbin müstəmləkəçi dövlətlərinə xidmət etmək üçün əllərindən gələni etdilər. “Əlinizdəki bu kitab, öz ölkəsi Osmanlı Dövlətinə xəyanət edən erməni silahlı birlikləri və silahlı bandaları ilə ruslar arasındakı münasibət və əlaqələri sənədlərə əsaslanaraq açıq şəkildə ortaya qoymuşdur. Kitab, həqiqəti və sadəcə həqiqəti öyrənmək və tarixi hadisələr qarşısında düzgün bir mövqedə haqqa şahidlik etmək istəyən vicdan sahibi oxuculara təqdim edilmiş dəyərli bir xəzinədir.”
KEŞFETMEYE DEVAM EDİN

Bunlar da ilginizi çekebilir

Kitaplığa dön ↗